Ru
19:35 / 21 Sentyabr 2020

Bakı Olimpiya Stadionunun yaxınlığında YANĞIN SÖNDÜRÜLDÜ - VİDEO

7147
Bakı şəhərinin Sabunçu rayonunda Bakı Olimpiya Stadionunun yaxınlığında sıx qamışlıq, quru ot və kol-kos olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata görə, 1 ha sahədə qamışlıq və quru ot yanıb. Yaxınlıqdakı neft və qaz kəmərləri, həmçinin yaşayış evləri yanğından mühafizə olunub.

***


"Koroğlu" metro stansiyası yaxınlığında yanğın baş verib.

"BakuPost"un məlumatına görə, hadisənin həmin ərazidəki sexdə baş verdiyi bildirilir. Yanğın sexin yanındakı evə də keçib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bu barədə “BakuPost”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə 0,5 ha sahədə qamışlıq və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Qeyd edək ki, yanğın baş verən ərazi Bakı Olimpiya Stadionunun yaxınlığıdır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər