Ru
12:56 / 24 Avqust 2019

Bakı polisinə avtomat verildi - Praktik atışlar üçün

4357
Bakı şəhər Baş Polis İdarəsinin şəxsi heyəti praktik atışlara cəlb olunub.


Bakı şəhər Baş Polis İdarəsinin şəxsi heyətinin müvafiq plana uyğun olaraq, avtomat silahlardan praktik atışlara cəlb olunmaqla döyüş hazırlıq vəziyyəti yoxlanılıb. Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Bakupost-a bildirib ki, bir günlük praktik məşğələdə şəxsi heyətin nəzəri bilikləri, avtomat silahdan istifadə qaydaları və digər peşə vərdişlərinin vəziyyəti yoxlanılıb. 


DİN-in Atıcılıq Tirinin imkanlarından səmərəli istifadə etməklə şəxsi heyətin praktik atışlara cəlb edilməsinin məqsədi fiziki hazırlığının artırılmasına, cinayətkarlıqla mübarizəyə, ictimai asayişin və təhlükəsizliyin qorunmasına xidmət etməkdir. Praktik məşğələlərdə qadın əməkdaşlar da iştirak edib. 


Qeyd edək ki, atıcılıq kompleksinin tirləri tapança və avtomat silahlardan atəş üçün hədəf sistemləri, güllətutan metal qurğular, 18 nəfərin eyni vaxtda atəş açması üçün kabinələr, gülləkeçirməz şüşə ilə təchiz olunmuş operator otaqları, elektron hədəf və monitorlar, siqnalizasiya, havalandırma və digər zəruri kommunikasiya qurğuları ilə təchiz edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər