Ru
22:10 / 26 Fevral 2020

Bakı qəbiristanlığında fərari həyat yoldaşını bıçaqladı

1834
Bakı şəhəri Sabunçu rayonunun 13-cü Polis Bölməsinin əməkdaşları həyat yoldaşı Kristina Ələsgərovanı şikəst edən Bakıxanov qəsəbə sakini 38 yaşlı Ziya Ələsgərovu axtarmağa davam edir.

Bundan əvvəl onun münaqişə zəminində 37 yaşlı K.Ələsgərovanı bıçaqladığı barədə məlumat verilmişdi.


Bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

BakuPost.az Oxu.Az-a istinadən xəbər verir ki, cinayət fevralın 25-də, saat 16:00 radələrində kənd qəbiristanlığı ərazisində törədilib. Əvvəllər hərbi hissəni icazəsiz tərk etməkdə və fərarilikdə ittiham olunan Z.Ələsgərov həyat yoldaşının sinəsinə, qarnına və üzünə bir neçə bıçaq zərbəsi vurduqdan sonra qaçıb gizlənib.

Ağır vəziyyətdə olan zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Cinayətin motivi hələlik bəlli deyil.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər