13:48 / 24 İyun 2019
Bakı sakinindən zorla 17 min manat aldılar
2808
Bakıda xuliqanlıq etdiyinə görə tutulmuş K.Əliyevin daha bir cinayət əməli məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu il fevralın 20-də Bakı şəhər sakininə zor tətbiq edib 17000 manat pulunu alması da müəyyən edilib.