Ru
16:09 / 12 Mart 2021

Bakı-Şamaxı yolunda son vəziyyət - FOTOLAR

2307
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 39-45-ci km-lik hissəsində Şamaxı rayonu istiqamətində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

"Baxmayaraq ki, gecə saatlarından etibarən sözügedən hissədə xüsusi texnikalar qarın təmizlənməsinə cəlb edilib, amma əsən güclü külək nəticəsində yol kənarında olan qar yolun hərəkət hissəsini yenidən örtür.

Sözügedən problem ancaq Şamaxı rayonu istiqamətində müşahidə olunur. Yol ayrıcına quraşdırılmış dəmir-beton maneələr qarın digər istiqamətə keçməsinin qarşısını alır. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsinin köməkliyi ilə magistral yolun sözügedən 6 km-lik ərazisində əks istiqamət üzrə, yəni paytaxt Bakı istiqamətində müvəqqəti ikitərəfli hərəkət təmin olunub.

Hazırda da Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 39-45-ci km-lik hissəsində qarın təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir", - qurum bəyan edib.
Bakı-Şamaxı yolunda son vəziyyət -  FOTOLAR
Bakı-Şamaxı yolunda son vəziyyət -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər