Ru
19:50 / 17 May 2021

Bakıda 12 məktəbdə dərslər dayandırıldı - SİYAHI

1799
Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində aparılan əsaslı və cari təmir işləri ilə əlaqədar 12 orta məktəbin şagirdləri üçün distand təhsil davam edəcək.

Bakupost.az xəbər verir ki, Bakı Şəhər üzrə Təhsil İdarəsindən Baku.vs-in sorğusuna cavab olaraq bildirilib ki, təmir işləri bitənə qədər adı çəkilən məktəblərdə dərslər onlayn davam edəcək. Əgər işlər tez yekunlaşarsa, əyani tədris bərpa olunacaq.

Belə ki, 322, 106, 269, 17, 95, 114, 299, 137, 126, 71, 307 və 146 saylı orta məktəblərdə təmirlə əlaqədar dərslər onlayın olacaq.

Qeyd edək ki, bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər