Ru
12:08 / 14 Dekabr 2019

Bakıda 12 milyon manatlıq dələduzluq edən sahibkar ŞİKAYƏT EDİR

3041

Bakıda 12 milyon manatlıq dələduzluqda təqsirləndirilən sahibkar Ceyhun Canıyev barəsindəki hökmdən kasasiya şikayəti verib.

Bakupost.az-ın məlumatına görə, təqsirləndirilən şəxsin şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icraatına verilib.

Məhkəmənin baxışı yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb.


C. Canıyev ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir.


Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb



Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə C. Canıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər