Ru
17:59 / 19 Oktyabr 2021

Bakıda 2 nəfəri bıçaqladılar

3852
Dünən Bakıda 2 bıçaqlanma hadisəsi qeydə alınıb.

Bakupost.az xəbər verir ki, dünən gecə 11 radələrində Yasamal rayonunda Xırdalan sakini 1981-ci il təvəlldülü Məcid Əbilov Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Fərid Bağırovu böyrəyindən bıçaqlayıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan F. Bağırovun həyatını xilas etmək mümkün olub.

Hazırda onun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Daha bir bıçaqlanma hadisəsi Binəqədi ərazisində baş verib.

2004-cü il təvəllüdlü Rəvan Alışov özündən bir yaş böyük Məftun Hüseynovu qolundan bıçaqlayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər