Ru
14:43 / 27 Noyabr 2021

Bakıda 20 yaşlı gənc ürəyindən bıçaqlandı

3575

Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb.


Bakupost.az –ın məlumatına görə, hadisə bu gün saat 00:30 radələrində baş verib.

Babək prospekti 92-nin qarşısında Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Asəf Fərzəliyev ürək nahiyəsinin daxilə nüfuz edən bıçaq xəsarəti ilə “Baku Medical Plaza”ya daxil olub.

Həmin zaman bıçaqlanan şəxsin dindirilməsi mümkün olmayıb.

Aparılan əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Ağcabədi rayon sakini 1989-cu il təvəllüdlü Cəmil Quliyev saxlanılıb.

Faktla bağlı Nizami RPİ-nin 23-cü PB-də araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər