Ru
22:54 / 11 Dekabr 2019

Bakıda 31 yaşlı kişini bıçaqlayan cəzalandırıldı

1157
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Eldar Orduxanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BakuPost
"Report"a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son söz deyib. O, ailə vəziyyətini nəzərə almaqla məhkəmədən yüngül cəza təyin edilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, E.Orduxanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Hadisə bu ilin aprel ayında paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən kafenin qarşısında baş verib. 1993-cü il təvəllüdlü Orduxanov Eldar Əli oğlu aralarında yaranmış mübahisə zamanı 1988-ci il təvəllüdlü Alıxanov Nicat Dostəli oğluna bıçaqla zərbələr vurub. N.Alıxanov qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

E.Orduxanova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər