13:03 / 07 Oktyabr 2021

Bakıda 50 manat verməyən şagirdlər dərsə buraxılmadı - Araşdırma aparılır

3353
Paytaxtdakı Texniki-Humanitar Liseyində şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bakupost.az oxu.az-a istinadən xəbər verir ki, valideynlərdən əldə edilən məlumata görə, direktor Kəmalə Mirzoyeva hər ay 50 manat gətirməyəcək şagirdin məktəbə buraxılmayacağı barədə xəbərdarlıq edib.

Pulun hansı məqsədlə yığıldığı bilinmir.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, Texniki-Humanitar Liseydə sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

“Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”, – deyə, idarədən qeyd edilib.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər