Bakıda 8-ci sinif şagirdinin başı kəsilib? - RƏSMİ AÇIQLAMA

  • 08 Noy 2019 14:49
  • 6134 Baxış
Bakıda 8-ci sinif şagirdinin başı kəsilib? -  RƏSMİ AÇIQLAMA
Bakı şəhərində azyaşlının qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə BakuPost-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib.


İdarədən qeyd edilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb.

Qeyd edək ki, sosial şəbəkədə 8-ci sinif şagirdinin hamilə qaldığı, buna görə də atasının sifarişi ilə əmisi tərəfindən başı kəsildiyi məlumatı yayılıb.