Ru
00:23 / 23 Dekabr 2019

Bakıda ağır qəza: ana və iki övladı yaralandı

1444
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.


BakuPost-un
“Report”a istinadən məlumatına görə, hadisə Nizami rayonu Elşən Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, yol keçmək istəyən 1979-cu il təvəllüdlü Həşimova Yeganə Füzuli qızını və onun övladları 3 yaşlı Həşimova Nazlı Ramin qızı və 4 aylıq Həşimova Alina Ramin qızını “KamAZ” markalı yük avtomobili vurub.

Hər üç yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Lakin, 3 yaşlı Həşimova Nazlı Ramin qızı həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanaya çatdırılan zaman yolda dünyasını dəyişib.


Həkimlərin müayinəsindən sonra Y. Həşimovaya sağ inci sümüyünün sınığı, H. Alinaya isə ayaqlarının əziyi diaqnozu qoyulub.


Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər