Ru
09:24 / 13 Fevral 2020

Bakıda ağır qəza: 5 yaralı - VİDEO

1541
Bakının Suraxanı rayonunda iki avtomobilin toqquşması beş nəfərin yaralanmasına səbəb oldu.

BakuPost oxu.az-a istinadla xəbər verir ki, “Tofaş” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən qəza Suraxanı rayonunun Bahar qəsəbəsində qeydə alınıb.


Hadisə nəticəsində Opelin sürücüsü İntiqam Məmmədov, Tofasin sürücüsü Fərhad Səfərov, sərnişinlər Sergey Ustinov, Zəminə Qasımova, Sərxan Abuluaslanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 saylı şəhər kliniki xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları aparılan avtoekspertizanın sonunda bəlli olacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər