Ru
21:29 / 10 Dekabr 2019

Bakıda avtobus sürücüsü döyüldü

1815
Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb.

BakuPost-un məlumatına görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

Məlumata görə, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübahisə baş verib.

Hadisə vaxtı “Mercedes-Benz”in sürücüsü avtobusun sürücüsünü döyüb, şüşəsini təpiklə sındırıb.

Hadisəni törədən naməlum sürücü axtarılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər