Ru
01:07 / 13 Mart 2020

Bakıda avtomobil piyadanı vuraraq öldürdü - FOTOLAR

12023
Bakıda yol qəzasında ölən piyadanın kimliyi məlum olub.

BakuPost.az APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobilin vurduğu həmin şəxs İlqar Abbasovdur.

00:02

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Hələlik kimliyi məlum olmayan ortayaşlı kişi piyada üçün müəyyən edilməmiş hissədən yolu keçərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerindəcə keçinib.

Qeyd edək ki, hadisənin baş verdiyi yolda (Heydər Əliyev prospektinin “Koroğlu” metro stansiyasından şəhər istiqamətinə gələn hissəsində) avtomobillərin hərəkət məhdudlaşdırılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər