Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

476
Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilir.

 Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin səfəri çərçivəsində  iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçirilir.

Forumu giriş sözü ilə açan Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdiyini bildirib. Nazir müavini deyib ki iki ölkə kimya, emal sənayesi, maşınqayırma, İT, əczaçılıq, elektrotexnika və məişət elektronikası, ekoloji texnologiyaları, enerji, o cümlədən bərpa olunan enerji mənbələri, həmçinin nəqliyyat, logistika və turizm sahələrində əməkdaşlığın yaradılmasında maraqlıdır.

Nazir müavini qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı 30-dək sənəd imzalanıb.

Bakı Biznes Mərkəzində baş tutan foruma iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar qatılıb.

Forumu giriş sözü ilə açan   Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki,

Çexiya parlamentinin deputatlar palatasının sədri Radek Vondraçek  bildirib ki iki ölkə arasında ənənəvi dostluq münasibətləri mövcuddur. Çexiyalı rəsmi Azərbaycanın regionda  Çexiya üçün çox vacib tərəfdaş ölkə olduğunu vurğulayıb. O, iki ölkə arasında əməkdaşlıq üçün yüksək potensialın olduğunu bildirib. Vondraçek deyib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün təqdirəlayiq işlər görüb.

Çexiyalı rəsmi bildirib ki, qeyri-neft iqtisadiyyatı sahəsində əməkdaşlıq üçün böyük potensial var və bu əməkdaşlıq daha dərinləşdirilməlidir.(ONA)

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər