23:21 / 22 Noyabr 2021

Bakıda bitkoin dələduzluğu - Bu şəxslər aldadıldı

1792
Bakıda bitkoin almaq adı ilə dələduzluq hadisələri qeydə alınıb.

Bakupost.az xəbər verir ki, Abşeron rayon sakini 1957-ci il təvəllüdlü Abbas Qəmbərov 102 xidmətinə zəng edərək, noyabrın 12-də bitkoin almaq məqsədilə Xəyal adlı şəxsin hesabına 9 000 ABŞ dolları pul göndərərək aldadılmasını bildirib.

Oxşar hadisə ilə 28 yaşlı Bakı şəhər sakini Həsənəli Əbdülrəhmanov da qarşılaşıb. O da 102 xidmətinə zəng edərək bildirib ki, cari ilin sentyabrında bitkoin almaq məqsədilə Ocos şirkətinin hesabına 5 200 ABŞ dolları pul ödəyərək aldadılıb. Digər şəhər sakini 1965-ci il təvəllüdlü İsmayıl Rzayev də həmin şirkətin hesabına 1 500 dollar pul ödəyərək aldadılanlardan olub.

Sabirabad və Ağdam rayon sakinləri də bu qaydada aldadılıb. Belə ki, naməlum şəxs 1962-ci il təvəllüdlü İbrahim Nuriyevi, 29 yaşlı Pərvanə Bəbişovanı bitkoin almaq adı ilə aldadıb və əvəzində Ocos şirkətinə biri 3 000, digəri isə 300 dollar pul ödəyib.

Faktla bağlı müvafiq rayon polis idarələrində araşdırma aparılır.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər