Ru
12:55 / 24 Fevral 2021

Bakının bu ərazilərində qaz, su, işıq yoxdur - SİYAHI

4098
Bakıya ötən gündən yağan qar bir çox ərazilərdə istilik, qaz, su və işığın təchizatında ciddi problemlərə yol açıb.

"Bakupost" xəbər verir ki, Axar.az-ın əldə etdiyi məlumata görə, Xırdalan, Binəqədi, Yasamal (Eyni zamanda, Qış parkının ərazisi, Şamil Əzizbəyov küçəsi), Qaradağ rayonu, Lökbatan qəsəbəsində (2-ci massiv), Xətai rayonu (Süleyman Əhmədov küçəsi) su borularının donması səbəbindən evlərə suyun verilməsində ciddi problem qeydə alınıb.

Hazırda Abşeronun Hökməli, Masazır kəndlərində, Xırdalan və Qaradağın bir hissəsində, Binəqədinin Motodrom yaşayış massivi və 28 May qəsəbəsində elektrik enerjisinin verilməsi dayandırılıb.

Bundan başqa, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində, Xırdalan və Masazırda da qazın olmadığı bildirilir.

Eyni zamanda, paytaxtın Xətai, Nizami, Yasamal rayonlarının bir sıra ərazilərinə istilik verilmir.

Qeyd edək ki, Azərbaycana artıq 15 saatdan çoxdur ki, fasiləsiz olaraq qar yağın, havanın temperaturu 9 ildə ən aşağı səviyyəyə düşüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər