Ru
17:46 / 25 May 2019

Bakıda dəhşətli qətl- Kişi meyiti tapıldı

2800
Mayın 24-də Nəsimi rayonunun B.Səfəroğlu küçəsi ev 219-un zirzəmisindən üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyitinin tapılması barədə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Bakupost -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. 


Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Orxan Əliyev olması müəyyən edilib və hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq, xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Qəhrəmanov saxlanılıb. 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər