Bakıda faciə: gözətçi liftin şaxtasına düşüb öldü

  • 03 Dek 2019 09:59
  • 268 Baxış
Bakıda faciə: gözətçi liftin şaxtasına düşüb öldü
Bakıda yaşayış kompleksində ölüm hadisəsi baş verib.

BakuPost.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Bakı şəhər sakini Qurbanov Canpolad Xəlil oğlu gözətçi işlədiyi Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən "Abşeron Construction" inşaat şirkətinə məxsus "Naxçıvan Residence" yaşayış kompleksinin binasında lift şaxtasına düşərək ölüb.


Faktla bağlı cinayət işi başlayıb.