Ru
10:43 / 26 Avqust 2019

Bakıda fantastik qiymətə yemək: 250 qramı 1500 manat - FOTO

9938


Bakıdakı
restoranlardan birində təklif olunan yeməklərin qiyməti "dodaq uçuqladır”.


BakuPost xəbər verir ki, JW Marriott Hotel Absheron otelində yerləşən "OroNero Bar &
Ristorante”nin menyusunda hətta bir porsiyası 1500 manata olan yeməyə də rast gəlinir.


Qurmanlara təqdim edilən qara kürü, qaymaq və nehrə yağından ibarət CAVIALE-BAKU OSETRA CAVIAR yeməyini dadmaq istəyənlər nə az, nə çox düz 1520
manatlarından keçməlidirlər. Onu da bildirək ki, 1520 manata bu təamin cəmi 250
qramı verilir.


"OroNero
Bar & Ristorante” orijinal İtalyan mətbəxi nümunələri, müxtəlif kokteyl və
şərab növləri təqdim edir.


Restorana yalnız əvvəlcədən rezervasiya etməklə getmək mümkündür.

 

Bakıda fantastik qiymətə yemək: 250 qramı 1500 manat  - FOTO
Bakıda fantastik qiymətə yemək: 250 qramı 1500 manat  - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər