Bakıda güclü külək əsir, dağıntılar var - FOTOLAR

Güclü külək Bakıda dağıntılara və ağacların aşmasına səbəb olub.

Bakupost.az xəbər verir ki, paytaxtın müxtəlif rayonlarında - Yasamal, Nəsimi, Nəriman Nərimanov, Binəqədi ərazisində ağaclar aşıb. Bundan başqa, güclü külək nəticəsində işıq dirəkləri də aşıb və ətrafda dağıntılara səbəb olub.

Gün ərzində küləyin sürətinin bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.