Bakıda iki avtobus toqquşdu

709

 

Bu gün "BakuBus” MMC-yə aid iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.


Bakı Nəqliyyat Agentliyindən ONA-ya verilən məlumata görə, hadisə səhər saat 6 radələrində avtobuslar Yasamal rayonu istiqamətində başlanğıc dayanacağa gedərkən Nəsimi rayonu Ü.Hacıbəyov küçəsində qeydə alınıb.


Hadisə zamanı avtobuslarda sərnişin olmayıb, sürücülər isə xəsarət almayıb. Ehtiyyat tədbiri üçün hadisə yerinə ərazi üzrə Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissəsinin briqadası gəlsə də, hər hansı bir yanğın hadisəsi qeydə alınmayıb.

Qeyd edilənlərə əsasən bildiririk ki, "İveco” markalı sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və mövcud hadisənin təhrif olunmasıdır.


Bunu nəzərə alaraq KİV-dən bu xarakterli məlumatlar hazırlayan zaman Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlamalarını xahiş edirik.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər