Ru
00:12 / 05 Noyabr 2019

Bakıda iki sərnişin avtobusu toqquşub - YENİLƏNİB

2130
Bakıda iki sərnişin avtobusunun toqquşduğu yol qəzasının təfərrüatları məlum olub.

BakuPost
xəbər verir ki, bu barədə APA-ya "BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü Çingiz Salamov məlumat verib.

Sürücünün sözlərinə görə, avtoqəza dayanacaqda baş verib.

Məlum olub ki, 57 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşarkən sürət həddini aşıb və sükana nəzarəti itirdiyindən həmin avtobus qarşısında olan "BakuBus" MMC-yə məxsus avtobusa çırpılıb. Xəsarət alanların hamısı da 57 saylı marşrut avtobusunda olub.

***

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

Məlumata görə, avtoqəza Qaqa Qarayev prospektində qeydə alınıb.

Hadisə zamanı 57 saylı xətt marşrutu üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu ilə "BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub. İlkin məlumata görə, yol qəzası nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan 5 nəfəri xəstəxanada müalicəsini davam etdirəcək, digər 3 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Hadisənin təfərrüatları araşdırılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər