Bakıda intensiv hərəkət olan yolda çökmə qeydə alınıb.
Bakupost.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, metronun “İnşaatçılar” stansiyası yaxınlığında, Abbas Mirzə Şərifzadə 424A ünvanında yol çöküb.
Yolda yaranan çökmə nəqliyyatın hərəkətinə mane olub.
Problemin aradan qaldırılması üçün yolun çökən hissəsinə torpaq tökülüb.