Ru
00:33 / 07 Fevral 2019

- 8-ci mərtəbəyə çıxıb, özünü atmaq istədi Bakıda intihara cəhd

2490
 

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər doqquzmərtəbəli binanın 8-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etməyə cəhd göstərib.


BakuPost xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.


FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər