Ru
14:21 / 21 Dekabr 2020

Bakıda "Kamaz"la "avtoşluq" etdi VİDEO

3101

Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti istiqamətində hərəkətdə olan "Kamaz" markalı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Belə ki, sürücü polis tərəfindən "saxla" işarəsinə tabe olmayaraq, digər sürücülərə də təhlükə yaradaraq "avtoşluq" edib.


"BakuPost" xəbər verir ki, bununla bağlı video görüntülər sosial şəbəkələrdə yayılıb.


Videoda aydın görünür ki, sürücü polisin qanuni tələblərini yerinə yetirməyərək, yol ayrıcında beton panelin üzərinə çıxr.


Sözügedən məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi açıqlama yayıb. Məlumatda bildirilir ki, “Kamaz” markalı, 10 HZ 667 dövlət nömrə nömrə nişanlı avtomobili idarə edən Şüvəlan qəsəbəsi sakini, 36 yaşlı Məmmədov Balaəhməd Ağaəhməd oğlu sənədləri qaydasında olmadığı üçün polis tərəfindən verilən “saxla” işarəsinə əməl etməyərək qaçmağa cəhd göstərib:


"Lakin buna baxmayaraq polis əməkdaşlarının gördüyü tədbirlər nəticəsində sürücü avtomobillə birlikdə saxlanılıb. Nəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan duracağa qoyulub, sürücü barəsində isə müvafiq araşdırma aparılmaqla Xətai rayon Polis İdarəsinin 36-cı polis şöbəsinə təhvil verilib. Sürücü barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görülüb".


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər