Ru
14:19 / 19 Aprel 2019

Bakıda keçirilən "Formula-1" yarışlarını neçə milyon adam izləyib? - RƏSMİ

2109
 

Ötən il 83 milyon insan Bakıda keçirilmiş "Formula-1” Azərbaycan Qran-Prisini izləyib.


Bunu Bakı Şəhər Halqasının Kommersiya Şöbəsinin rəhbəri Bülənt Özərdim deyib.


"Builki yarış üçün bilet satışı artıb. Xaricdən bilet satışı çoxalıb. Əsas məqsədimiz də məhz ölkəni daha çox xaricdə tanıtmaqdır. Bu il xaricdən bilet satışı 10 faiz çoxalıb.


Britaniya, Avstraliya, Hollandiyadan bilet alanların sayı artıb. Növbəti il üçün daha da çox bilet satışının həyata keçəcəyindən əminik”, - deyə o bildirib.


Xatırladaq ki, "Formula-1 Azərbaycan Qran Prisi” 26-28 apreldə keçiriləcək. (oxu.az)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər