Bakıda maşın reklam lövhəsinə çırpılaraq yanıb: sürücü ölüb, xəsarət alan var

248
Bu gün gecə saatlarında Bibiheybət yolunda yüksək sürətlə hərəkət edən avtomobil iri reklam lövhəsinə çırpılıb. Hadisə nəticəsində minik avtomobili yanaraq külə dönüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bakupost-a bildirilib ki, hadisə barədə təcili yardıma saat 03:37-də məlumat daxil olub.

"Avtomobildə olan sərnişin Kamran İsgəndərov (28 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir".

Sükan arxasında olan şəxsin öldüyü bildirilir. Qəzanın baş vermə səbəbləri araşdırılır.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər