Ru
11:13 / 24 Oktyabr 2019

Bakıda məktəb həyətində göydələn tikilir? - VİDEO

8689
Bakıda orta məktəbə bitişik tikilən hündürmərtəbəli yaşayış binası tərəflər arasında mübahisəyə səbəb olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nəsimi rayonunda yerləşən 54 saylı məktəbin direktoru Sahibə Abbasova bildirib ki, stadionun yaxınlığında bina tikilən zaman tədris ocağının həyətinə müdaxilə olunub:

“Binanın bir hissəsi, yəni tikinti işləri məktəbin həyətinə düşüb. Bununla bağlı rəsmi qurumlara müraciət etmişik. Hazırda məsələ araşdırılır”.

Tikintini həyata keçirən fərdi şəxs Asif Əsədov isə bütün müavfiq qurumlardan tikinti üçün icazə alındığını bildirib. O əlavə edib ki, tikinti zamanı məktəbin həyətyanı sahəsinə girməkləri ilə bağlı deyilənlər doğru deyil:

“Müvəqqəti olaraq işlər dayandırılıb, rəsmi qurumlar araşdırma aparacaq. Amma biz məktəbin həyətinə müdaxilə etməmişik”.





Şərhlər
  • Rufet

    240 sayli məktəbin yaninda da tikilib. umumyyetle mikraroyonlarda biabirciliqdi kim harda gəldi ev tikir

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər