Ru
21:30 / 07 Oktyabr 2019

Bakıda mütəşəkkil dəstə adam oğurladı

2498
Bakıda naməlum şəxslər küçədə paytaxt sakinini oğurlayıb.

BakuPost-un
Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Metronun "28 May" stansiyasının qarşısında 4 nəfərdən ibarət mütəşəkkil dəstə qabaqcadan əlbir olaraq Bakı şəhər sakini Baxşıyev Təbrik Ədalət oğlunu oğurlayaraq avtomobilə mindirib Abşeron rayonunun Xırdalan qəsəbəsinə aparıb.

Naməlum şəxslər yolda T.Baxşıyevə zorakılıq edərək işgəncə verib, üzərində olan 550 manatını alıblar. Dəstə üzvləri daha sonra onu naməlum istiqamətə aparıb orada avtomobildən düşürüblər.

Zərərçəkmişin müraciəti əsasında Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər