15:44 / 11 Oktyabr 2021

"Bakıda Nuru Paşaya abidəsi qoyulmalıdır" - Sabir Rüstəmxanlı

691
"Azərbaycanda Nuru Paşanın və Türk İslam Ordusunun abidəsi qoyulmalıdır".

Bakupost.az xəbər verir ki, bu təkliflərlə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında “Müstəqlillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, artıq bu məsələ öz həllini tapmalıdır: “Niyə bu məsələni diqqətdə saxlayan yoxdur? Əvvəllər buna mane olanlar var idi. İndi isə belə bir problem yoxdur. Hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır”.

S.Rüstəmxanlı həmçinin bildirib ki, istiqlalçı deputatlara təqaüdlər verilməlidir: “Xarici ölkələrdə həmin şəxslərə milli qəhrəman adı verilir. Ancaq bu gün onlar həmin adı istəmirlər. Sadəcə, dolanışıqlarının yaxşı olması üçün həmin şəxslərə təqaüd verilməlidir”.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər