Ru
16:19 / 15 Sentyabr 2020

Bakıda oğlan qızı təhqir edib videoya çəkdi

7355

Azərbaycanda gənc qız naməlum oğlan tərəfindən təhqir edilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, videoda gənc oğlanın qızı diz çökdürərək onu təhqir etdiyi görünür. Həmin anları isə oğlan özü telefonla videoya çəkir. Cütlüyün nişanlı olduqları iddia olunur.

Görüntülərdə gənc oğlanın qızı əxlaqsızlıqda ittiham etdiyi əks olunub.

Məlumata görə, hadisədən sonra həmin şəxs videonu sosial şəbəkələrdə paylaşıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirilib ki, bu barədə məlumatları yoxdur. Video yayılandan sonra araşdırmalara başlanılıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər