Ru
16:56 / 09 Dekabr 2025

Bakıda partlayış olan villa Səhlab Bağırovun qardaşının imiş

Bakıda partlayış olan villa Səhlab Bağırovun qardaşının imiş
Eye

Xəbər verdiyimiz kimi, bu gün Bakının Bakıxanov qəsəbəsində yerləşən villaların birində partlayış baş verib.

Bakupost.az “Teleqraf”a istinadən xəbər verir ki, partlayışın baş verdiyi villanın sahibi Təyyar Bağırovdur.

Təyyar Bağırov DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı Təlim Mərkəzinin rəisi, general-mayor Səhlab Bağırovun qardaşıdır.

Hadisə su hovuzunda qaynaq aparatını işə salan zaman baş verib. Hadisə nəticəsində iki usta müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1982-ci il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzində həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar