Ru
14:07 / 23 Fevral 2020

Bakıda piyadanı vurub qaçan sürücü tutuldu - FOTO

1662
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə metronun "Neftçilər" stansiyasının yaxınlığında qeydə alınıb.

“Toyota Prius” markalı, “99-TN-618” dövlət nömrə nişanlı avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.

Piyada xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağıdır.

Zədəli avtomobil hadisədən 40 dəqiqə sonra metronun "Qara Qarayev" stansiyası yaxınlığında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşlarının diqqətini cəlb edib. Polis əməkdaşları sürücüyə yaxınlaşaraq avtomobilin harada zədələndiyini, nə baş verdiyini soruşublar. Lakin sürücü hadisə törətdiyini boynuna almayıb. O, ərazi üzrə polis orqanına dəvət edilib və müəyyən olunub ki, avtomobilin sürücüsü Əliyev Hacı Allahverdi oğlu bir saat əvvəl metronun "Neftçilər" stansiyasının yaxınlığında qəza törədərək hadisə yerindən qaçıb.

Sürücü əməlini etiraf edib. Bildirib ki, hadisə zamanı qorxduğu üçün piyadanı köməksiz vəziyyətdə qoyaraq ərazidən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər