Ru
23:46 / 10 Sentyabr 2019

Bakıda polis bıçaqlanan şəxsi xəstəxanaya çatdırdı

5020

Nəsimi rayonunda bıçaqlanaraq ağır vəziyyətdə olan şəxsi polislər xəstəxanaya çatdırıb.

BakuPost-un APA-ya istinadən məlumatına görə, hadisə Nəsimi rayonu 1-ci mikrorayonda baş verib.

Belə ki, 38 yaşlı Etibar Təvəkkül oğlu hələlik adı məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməliyyat qrupu yaralını 1 saylı şəhər xəstəxanasına çatdırıb. Hadisəni törədən şəxs zərərsizləşdirilərək saxlanılıb.

Yaralı cərrahi əməliyyat olunub. Məlum olub ki, hadisəyə səbəb avtomobilin satan şəxslə müştəri Etibarın mübahisəsi olub. Etibarın ilkin izahatına görə o, pulu gecikdirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər