Ru
10:50 / 25 May 2019

Bakıda qadın doğuş zamanı dünyasını dəyişdi

2114
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Dünən Pirallahı qəsəbəsində yerləşən 10 saylı Birləşmiş Şəhər xəstəxanasına 1985-ci il təvəllüdlü Əsgərova Samirə Yusif qızı gətirilib.


Qadının əməliyyat yolu ilə uşaq dünyaya gətirməsinə qərar verilib və o, saat 15-də əməliyyatxanaya aparılıb. Lakin 34 yaşlı qadın saat 17 radələrində doğuş zamanı qanitirmədən ölüb.


Bildirilir ki, doğuş zamanı asfiksiya (kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır -red.) ilə oğlan dünyaya gəlib. Hazırda körpənin vəziyyəti orta-ağırdır. 

(Publika.az)

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər