Ru
11:13 / 22 Aprel 2019

Bakıda qadına qarşı İYRƏNC ƏMƏL

3256

Bakıda qadına qarşı quldurluq törədilib. 


Daxili İşlər Nazirliyindən Bakupost.az-a daxil olan məlumata görə, DİN-in "102 - Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini S.Əliyeva aprelin 20-də Pirşağı qəsəbəsi ərazisində naməlum şəxsin ona qarşı zor tətbiq edərək qulağındakı qızıl sırğaları çıxardığını və içərisində şəxsiyyət vəsiqəsi, diplom, maaş kartı və 2 ədəd mobil telefon olan çantanı aldığını bildirib.

 

Müraciətlə əlaqədar dərhal Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. 


Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov qısa müddətdə saxlanılıb. 


Araşdırma aparılır. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər