Ru
19:19 / 02 Noyabr 2025

Bakıda qızının porno görüntülərini yayan anaya hökm oxundu

Bakıda qızının porno görüntülərini yayan anaya hökm oxundu
Eye

Bakıda 2015-ci il təvəllüdlü qızı Günay Məmmədovanın pornoqrafik görüntülərini yayan 1968-ci il təvəllüdlü Nigar Məmmədovanın (ad-soyadlar şərtidir) məhkəmə prosesi başa çatıb.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmünə əsasən, Nigar Məmmədova 5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, 2 il müddətinə təhsil və təlim-tərbiyə müəssisələrində inzibati vəzifə tutma və təlim-tərbiyə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilib.

Sanksiyanın təhsillə bağlı hissəsi ona görədir ki, N.Məmmədova Bakıda fəaliyyət göstərən uşaq bağçalarından birinin vaxtilə direktoru olub.

Cinayət işinə gəlincə, 57 yaşlı ana 2023-cü ildə yaşadığı evdə öz istifadəsində olan mobil telefonla porno saytlarından birinə daxil olub. O, hadisə vaxtı 8 yaşı olan qızının lüt görüntülərini çəkib və uşaq pornoqrafiyasına aid videoları həmin sayta yükləyib.

Təqsirləndirilən şəxs ifadəsində bunun səhvən olduğunu, telefonda qəfil hansısa proqramın açıldığını bildirsə də, bu, məhkəmə heyəti üçün inandırıcı olmayıb.

Məhkəmədə azyaşlının atası da ifadə verib, o, buna inanmaq istəmədiyini qeyd edib. Günayın atası Nigar Məmmədovadan 2018-ci ildə rəsmi şəkildə boşandığını bildirib.

Qeyd edək ki, N.Məmmədova həm də analıq hüququndan məhrum edilib. Bununla bağlı ayrıca məhkəmə qətnaməsi var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar