Ru
16:02 / 13 Avqust 2020

Bakıda reyd - CƏRİMƏLƏNDİLƏR - FOTOLAR

2217
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və DQ-nin hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda, çimərliklərdə və əhalinin sıx olduğu yerlərdə gücləndirilmiş nəzarət-profilaktiki reydlər keçirilir.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın bütün rayonlarında polis və DQ-nin naryad qrupları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən (iri ticarət mərkəzləri istisna olmaqla) obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılır, pandemiyasının təhlükələri, ondan qorunma yolları haqqında məlumatlar verirlər.

Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunur.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülür.

Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Bakıda reyd  - CƏRİMƏLƏNDİLƏR - FOTOLAR
Bakıda reyd  - CƏRİMƏLƏNDİLƏR - FOTOLAR
Bakıda reyd  - CƏRİMƏLƏNDİLƏR - FOTOLAR
Bakıda reyd  - CƏRİMƏLƏNDİLƏR - FOTOLAR
Bakıda reyd  - CƏRİMƏLƏNDİLƏR - FOTOLAR
Bakıda reyd  - CƏRİMƏLƏNDİLƏR - FOTOLAR
Bakıda reyd  - CƏRİMƏLƏNDİLƏR - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər