22:45 / 22 Noyabr 2021

Bakıda şadlıq evində qardaşlar arasında dava - Xəstəxanalıq oldular

2344
Paytaxtda yerləşən restoranlardan birində 3 nəfər arasında dava düşüb.

Bakupost.az xəbər verir ki, hadisə noyabrın 20-də saat 22:00 radələrində qeydə alınıb.

Məlumata görə, Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən Mega Palace şadlıq evində Ağcabədi rayon sakinləri 1987-ci il təvəllüdlü Səbuhi Əliyev, qardaşı 1989-cu il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Orxan Mehdiyev xuliqanlıq zəminində bir-birilərini döyüblər.

Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasında yardım alıb buraxılıblar.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparılır.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər