Ru
23:57 / 22 Fevral 2020

Bakıda sərnişin avtobusu qəzaya uğradı - Xəsarət alanlar var

2018
Bakının Sabunçu rayonunda yol qəzası zamanı 2 nəfər xəsarət alıb.

BakuPost.az xəbər verir ki, hadisə Sabunçu bazarın yaxınlığında qeydə alınıb.


136 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Nəticədə avtobusda olan 46 yaşlı Həşimov Müşfiq Cəlil oğlu və onun oğlu - 2002-ci il təvəllüdlü Həşimov Hüseyn Müşfiq oğlu xəsarət alıb. Hər iki yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Yaralı M.Həşimova qapalı kəllə-beyin travması, H.Həşimova isə sınıq xəsarətləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər