Ru
13:54 / 29 Fevral 2020

Bakıda sinifdə “Məsti-xumar"a oynayan müəllimdən AÇIQLAMA - VİDEO

14872
Bakıda məktəbdə “Məsti-xumar” mahnısını oynayan müəllim yayılan görüntüsündən danışıb.

BakuPost xəbər verir ki, İbtidai sinif müəlliməsi olan Gülsüm Biləndərli unikal.org-a sözügedən görüntünün ona aid olduğunu bildirib:


“Sözügedən görüntüyə aydınlıq gətirmək istəyirəm. Bu video qış tətilində hesabat hazırladığım zaman çəkilib.

Bayıldan Qaradağa hər gün məktəbə dərs deməyə gedirəm. Həmin gün səhər saat 08:00-dən 15:30-a qədər davamlı statistik məlumatlar hazırlayırdım.

Yorğunluğumu, stresimi çıxarmaq üçün noutbukumda musiqi dinləməyə başladım. Oynadım və bu görüntünü həmkarlarma göndərdim. Dedim ki, mən bu vəziyyətdəyəm, siz necəsiniz?

Heç ağlıma gəlməzdi ki, ziyalı adını daşıyan müəllim həmkarım bu yolla məni rüsvay etmək fikrinə düşər.

Bu hadisə nə dərs zamanı, nə də iş saatımda baş verməyib.

Şagirdlərimə musiqi dərsini xüsusi zövqlə keçirəm. Dərs verdiyim məktəbimizin ən yaxşı xor qrupu mənim şagirdlərimdən ibarətdir.

Yeni il tədbirində hazırladığım rəqs nömrəsi hamını heyran etdi. Nədənsə, bunu kimsə paylaşmadı.

20 ildən artıqdır ki, məktəbdə müəllim işləyirəm. Şagirdlərim Azərbaycanın ən yaxşı ali təhsil müəssisələrində oxuyublar.

Hazırda da şagirdlərimdən universitetlərdə təhsil alanlar var. Dərs dediyim şagirdlərimdən bu gün ən yüksək vəzifələrdə çalışanlar da var”.

Gülsüm Biləndərli bir daha hesab edib ki, sözügedən görüntünü yayan həmkarları onun müəllim adına ləkə salmaq istəyiblər:

“Bu görüntülər dərs və iş saatımda baş verməyib. Səhvimdir ki, məktəbdə bu görüntünü çəkmişəm. Hesab edirəm ki, orada məktəb və müəllim adına ləkə gətirəcək nə isə etməmişəm. 52 yaşım var. Yaşımın bu çağından sonra da şagirdlərimə ruh yüksəkliyi ilə təhsil vermək gücündəyəm”.

Şərhlər
  • fidde seyfonova

    ders kecirse 1 gun elemekden hecne olmaz bizim mektebde hec dogru duzgun kecmirler boyuk olsam sikayet ederdim ucar kend mektebinin bir sagirdi

  • Allahverdi Mirzəyev

    Musiqi műəlliminin mahnı oxuması və rəqs etməsində nə eyib var ki? O ki, olsun qeyri dərs vaxtı ola! Əcəb eləyib!

  • Ramil wireliyev

    Birda bis hecne yoxdu Esas odurki ders vaxdi olmuyub hec bu insani tanimiramda amma haqq qazandiriram sdres atib

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər