Ru
11:19 / 11 Sentyabr 2019

Siyasi partiyalar müzakirələrə başladı - Arif Hacılı və Mirmahmud Mirəlioğlu qatılmadı

4425

Bakıda siyasi partiyalar, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilir.


BakuPost.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasını (YAP) partiyanın sədr müavini - icra katibi Əli Əhmədov təmsil edir.

Tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev? Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, həmçinin media və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Müsavat Partiyasının başqanı Arif Hacılı və KXCP sədri Mirmahmud Mirəlioğluya dəvət göndərilsə də, dəyirmi masaya qatılmayıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər