Bakıda toyda 4 nəfər bıçaqlandı

  • 14 Avq 2019 23:43
  • 1223 Baxış
Bakıda toyda 4 nəfər bıçaqlandı
Bakının Binəqədi rayonunda kütləvi dava olub.



BakuPost-un "Report"a istinadən məlumatına görə, 9 mikrorayonda yerləşən "Üzeyir" şadlıq sarayında dava zamanı 4 nəfər bıçaqlanıb.



Bunlar Hüseynov Seymur Hidayət oğlu (28 yaş), Hüseynov Telman Allahverdi oğlu (40-a yaxın), Ağababalı Elton Mahir oğlu (27) və İbrahimov Mahir Ağababa oğludur (57). Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar əməliyyat olunub.



Faktla bağlı araşdırma aparılır.