Ru
16:34 / 21 Sentyabr 2021

Bakıda valideynlər petisiya imzaladılar: 2-ci növbəyə yox deyirik! - FOTO

3448
Bakı şəhərində yerləşən məktəblərdəki şagirdlərin valideynləri tədrisin ikinövbəli şəkildə keçirilməsinə etiraz ediblər.

Bakupost.az xəbər verir ki, bununla bağlı bir qrup valideyn petisiya imzalayıblar.

Onlar bildirirlər ki, aşağı sinif şagirdlərinin 2-ci növbədə təhsil almaları düzgün deyil:



“İndiyə qədər birinci növbə təhsil alan 3, 4, 5, 6, 7-ci sinif şagirdlərini bu ildən ikinci növbəyə keçiriblər. İkinci növbənin dərsləri axşam saat 19-20:00-dək davam edəcək. Bəs o zaman uşaqlarımız idmanla, rəsmlə, digər dərnəklərlə, məktəb tapşırıqları ilə nə vaxt məşğul olacaqlar? Qışda hava saat 17:00-dan sonra qaralır, nə vaxt təmiz hava alacaqlar?”.

Qeyd edək ki, şikayət edən valideynlərin övladları Bakının mərkəzi küçələrində yerləşən iritutumlu təhsil müəssisələrində oxuyurlar. Xüsusilə 20 nömrəli məktəbin valideynlərinin başlatdığı bu petisiyanı bir neçə eyni problemlə qarşılaşan digər təhsil müəssisələrindəki valideynlər də imzalayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) valideynlərin şikayəti ilə bağlı məlumat yayıb:

“Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə 20 nömrəli məktəb-liseydə də tədrisin ikinövbəli şəkildə həyata keçirilməsi barədə qərar verilib. Məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən Pedaqoji şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınıraraq qərar verilir. Mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə ikinövbəli sistem zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir. Xüsusilə indiki pandemiya şəraitində bu, ilk növbədə şagirdlərin sağlamlığı və pedaqoji kollektivin müvafiq qaydalara daha dolğun əməl etməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir. Dövlət tərəfindən təhsilverənlərin və təhsilalanların sağlamlıqlarının qorunmasına yönəlmiş tədbirlərə valideynlər də dəstək verməlidir".
Şərhlər
  • Valideyn

    Kiminse ushagi 2-ci novbe oxuyur, tutalim 2-ci sinif shagirdidir. Valideyn seher ishe gedende, bele ushagi evde tek qoymaq olmur. Onu kim mektebe aparacaq, kim getirecek? Menim oglum 8-ci sinife kechenedek her ay dayeye 300 azn+ surucuye 250-350 azn pul vermek mecburiyyetinde qaldim. Tehsil sistemini quranlar bu meseleri nezere almalidir

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər