23:12 / 23 Noyabr 2021

Bakıda xəstəxanadan oğurluq etdilər

1046
Bakıda xəstəxanada oğurluq faktı qeydə alınıb.

Bakupost.az -ın məlumatına görə, hadisə noyabrın 21-də saat 14:00 radələrində Mirqasımov küçəsi 2-də yerləşən 2 saylı Uşaq Klinik Xəstəxanasında baş verib.

Orada müalicə olunan Lerik rayon sakini 21 yaşlı Gülüstan Hüseynlinin 400 manat dəyərində mobil telefonu palatadan oğurlanıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində araşdırma aparılır.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər