10:49 / 14 Sentyabr 2021

Bakıda yeni metro stansiyası tikilir

724
Bakıda yeni metro-stansiyasının tikintisinə başlanılır.

Bakupost.az xəbər verir ki, bunu Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda bu istiqamətdə hazırlıq işləri görülür:

"Bənövşəyi xətt üzrə 4-cü olacaq və şərti adı "B4" adlandırılan stansiyanın tikintisi ilə bağlı məsələlər gündəmdədir. Bu istiqamətdə tədbirlər görülür. Stansiya ərazisində inşaatın ilkin hazırlıq işləri görülüb. Artıq bu işlər sürətləndirilib. Bu stansiyanın da platformaları 7 vaqonluq olacaq. Yeni tikiləcək stansiyada esklatorlarla yanaşı, liftlər də quraşdırılacaq. Yaxın vaxtlarda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

Xatırladaq ki, yeni metro stansiyası Bakının Nəsimi rayonu ərazisində, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında inşa ediləcək.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər