Ru
00:17 / 03 Dekabr 2019

Bakıda yol qəzası: yaralılar var - YENİLƏNİB

2583
Ziya Bünyadov prospektində baş vermiş avtoqəzada xəsarət alanların adları məlum olub.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, bunlar 10-MD-081 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobildə olan sərnişin Aleksandr Naqutin, 99-FE-712 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Tural Rəhmanov, həmçinin sərnişinlər - hamilə olan Marina, Teymur Quliyev və Elvin Niftəliyevdir.


***

Bakıda yol qəzası baş verib.

BakuPost
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bir qədər əvvəl Ziya Bünyadov prospektində - Nəcəf Nərimanov küçəsi ilə kəsişmədə (20 yanvar dairəsi istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib: "Hazırda hadisə baş verən hissəyədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur. Qəza ilə əlaqədar Ziya Bünyadov prospekti əsas yolda hərəkət 20 yanvar dairəsi istiqamətində məhdudlaşdırılıb".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər